Paşinyanı onu məhkəməyə verdi

Paşinyanı onu məhkəməyə verdi Dünya

Ermənistanda "Müqəddəs Mübarizə" hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyan Baş nazir Nikol Paşinyanı məhkəməyə verib.

News24.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Məlumata görə, Qalstanyan Paşinyandan 11 iyun tarixli açıqlamasını təkzib etməyi tələb edir. O hesab edir ki, həmin bəyanat həqiqətə uyğun deyil və onun şərəf və ləyaqətini alçaldır.

Bildirilib ki, söhbət Paşinyanın Mülki Müqavilə Partiyasının səsləri tam şəffaf şəkildə qazandığını, digər siyasi qüvvələrin isə səsləri yalnız rüşvət hesabına əldə etdiyini iddia etdiyi açıqlamadan gedir. Qalstanyan həmçinin simvolik olaraq 49,7 dram məbləğində təzminat tələb edib. Bu rəqəm rəsmi nəticələrə əsasən, Mülki Müqavilə Partiyasının seçkilərdə topladığı səs faizinə işarə edir.

Qeyd edək ki, Paşinyan həmin vaxt “Onlara pul verilməsəydi, heç kim səs verməzdi, heç kim”, - demişdi.