Paşinyanın ailəsi seçki marafonunun finalında səhnəyə çıxır

Paşinyanın ailəsi seçki marafonunun finalında səhnəyə çıxır Dünya

Ermənistanın Baş naziri Nikol Paşinyanın xanımı Anna Akopyan seçki kampaniyasının son günündə həyat yoldaşına dəstək olacaq.

News24.az xəbər verir ki, bu barədə "Joqovurd" qəzeti məlumat yayıb.

Məlumata görə, indiyədək təşviqat kampaniyası çərçivəsindəki kütləvi görüşlərdə Paşinyanı müşayiət etməyən Akopyan yaxın ətrafına kampaniyanın son günü bütün ailənin səhnəyə çıxacağını bildirib.

Qəzet yazıb ki, Akopyan və uşaqları seçki marafonunun final mərhələsində Paşinyanın yanında dayanaraq ona ailəvi dəstək nümayiş etdirəcəklər.

Xatırladaq ki, fevral ayında Anna Akopyan Paşinyandan ayrıldığını, evini tərk edərək kirayə mənzilə köçdüyünü açıqlamışdı.

Paşinyan isə bu qərara hörmətlə yanaşdığını, lakin bununla barışmadığını və ailəsini qorumaq üçün səy göstərdiyini bildirmişdi.

Cütlük aprelin ortalarından etibarən yenidən birlikdə görünməyə başlayıb.