Paskistanda polis məntəqəsinə hücum - Çox sayda ölən var
Dünya
Ötən gün axşam saatlarında silahlı şəxslər Pakistanın şimal-qərbindəki Xayber Paxtunxva əyalətində Xazina polis məntəqəsinə hücum ediblər.
News24.az xəbər verir ki, təxminən bir saat davam edən qarşıdurma zamanı 11 polis həlak olub, 20-dən çox polis yaralanıb.
Təhlükəsizlik qüvvələri hücum edən 15 silahlının öldürüldüyünü bildirib.
Hakimiyyət orqanları hücum edən şəxslərin ağır silahlardan istifadə etdiyini, hadisə yerinə göndərilən təhlükəsizlik qüvvələrinin isə pusquya salındığını açıqlayıb.
Hələlik heç bir qrup hücuma görə məsuliyyəti üzərinə götürməyib.
Bununla belə, şübhələr son aylarda Pakistanın təhlükəsizlik qüvvələrinə qarşı hücumları artıran “Təhrik-e Taliban Pakistan” (TTP) üzərindədir. /Associated Press/