Məşhur lider cadugərlikdə - İTTİHAM OLUNUR
Dünya
Seyşel adalarının müxalifət lideri Patrik Hermini cadugərlik ittihamı ilə məhkəmə qarşısına çıxıb.
News24.az xəbər verir ki, bu barədə "Africa news" xəbər portalı məlumat yayıb.
2007-ci ilin yazından 2016-cı ilin payızına qədər Seyşel adaları parlamentinin sədri vəzifəsini icra edən Hermini altı nəfərdən ibarət qrupla birlikdə saxlanılıb. Prokurorluq onları qəbiristanlıqdan iki cəsədin oğurlanmasında və cadugərlikdə istifadə edilən əşyaların saxlanmasında iştirak etməkdə şübhəli bilir.
Birləşmiş Seyşel Adaları Partiyasının lideri olan Ermini bütün ittihamları rədd edərək, bunların siyasi motivli olduğunu və onun 2025-ci ildə keçiriləcək prezident seçkilərində namizədliyinin qarşısını almaq üçün hazırlandığını bildirib.
Aynurə