Paxlavada bakteriya aşkarlandı

Paxlavada bakteriya aşkarlandı Dünya

Adanada professor həkim İşıl Var Qurban bayramı öncəsi satışa çıxarılan paxlava növlərini laboratoriya şəraitində mikrobioloji baxımdan araşdırıb.

News24.az xəbər verir ki, Işıl Var paxlava və şirniyyatlarla bağlı araşdırmalarının nəticələrini paylaşaraq vətəndaşlara xəbərdarlıq edib. 

Laboratoriya araşdırmalarından paxlavada təəccüblü nəticələr əldə edilib.

Belə ki, şəhərdəki 20 müəssisədən götürdüyü nümunələr üzərində işləyən Prof.Dr.İşıl Var bunların 5-də yaşlı və uşaqlarda ölümə belə səbəb olan nəcis mənşəli E.coli bakteriyası ilə qarşılaşdıqlarını bildirib.


Günel Məlikzadə