Pekin fürsət axtarır: Çin Tayvana hücum edə bilər

Pekin fürsət axtarır: Çin Tayvana hücum edə bilər Dünya

Çin ABŞ-də siyasi böhran baş verəcəyi təqdirdə Tayvana hərbi hücum həyata keçirməyi planlaşdırır.

News24.az xəbər verir ki, bu barədə “BILD” nəşri məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, Pekin ABŞ-də bir partiyanın aralıq parlament seçkilərinin nəticələri ilə razılaşmaması səbəbindən baş verə biləcək potensial siyasi böhranı və daxili qarışıqlıqları müharibəyə başlamaq üçün “ideal fürsət” kimi qiymətləndirir.

Bildirilir ki, Çin mülki paromların böyük bir qismini hərbi məqsədlər üçün modernləşdirir və 2026-cı ilin sonuna qədər 70-dən çox iri parom inşa etməyi planlaşdırır.

Xatırladaq ki, ABŞ-nin Hind-Sakit okean regionundakı Silahlı Qüvvələrinin baş komandanı daha əvvəl xəbərdarlıq edib ki, Tayvan uğrunda müharibə 2027-ci ildə başlaya bilər.