Pele ilə bağlı bəd xəbər

Pele ilə bağlı bəd xəbər Dünya
Braziliya və dünya futbolunun əfsanəvi adlarından biri olan Pele uzun müddətdir xərçənglə mübarizə aparır.

News24.az xəbər verir ki, bütün zamanların ən yaxşı futbolçuları arasında göstərilən Pele ilə bağlı müalicə aldığı xəstəxanadan bəd xəbər gəlib.

San-Pauludakı İsraelita Albert Eynşteyn Xəstəxanası Pelenin xəstəliyinin irəlilədiyini, böyrək və ürək çatışmazlığına görə daha çox qayğıya ehtiyacı olduğunu açıqlayıb. 

Pelenin qızı Kelli Nascimento İnstaqram səhifəsində bu il Milad bayramını evdə qeyd etməyəcəyini yazıb: "Həkimlərlə etdiyimiz müzakirədən sonra xəstəxanada qalmağın daha yaxşı olduğuna qərar verdik". /sozcu.com.tr/

Teymur Məmmədov