Pele ilə vida mərasimi "Santos" futbol klubunun stadionunda keçiriləcək

Pele ilə vida mərasimi "Santos" futbol klubunun stadionunda keçiriləcək Dünya
Braziliyalı üçqat dünya çempionu Pele ilə vida mərasimi ona doğma olan “Santos” futbol klubunun San-Paulu ştatının eyniadlı şəhərindəki stadionunda keçiriləcək.

Mərasimin gün yarım davam edəcəyi gözlənilir.

Pelenin cənazəsi olan tabutun 1956-cı ilin noyabrında “Santos” ilə debüt etdiyi meydanın ortasına qoyulması planlaşdırılır.

Pele dünyanın ən hündür şaquli qəbiristanlığı kimi Ginnesin Rekordlar Kitabına düşən Ekumenika nekropolunun ərazisində dəfn olunacaq. /Trend/