Pelenin cənazəsi stadiona aparıldı

Pelenin cənazəsi stadiona aparıldı Dünya
Pelenin cənazəsi olan tabut bazar ertəsi vida mərasiminin olacağı “Santos” futbol klubunun stadionuna aparılıb.

Bildirib ki, bazar ertəsi gecə kortejdə olan cənazə maşını San-Paulu klinikasından çıxıb. Futbolçunun karyerasının çox hissəsini eyniadlı klubunda keçirdiyi Santos şəhərinin küçələrində azarkeş bayraqları və ağ komanda köynəyi olan insanlar cənazə maşınını qarşılayıblar.

Stadion yerli vaxtla saat 10:00-da Pele ilə vidalaşmaq istəyənlərin üzünə açılacaq.

Qeyd edək ki, futbol əfsanəsi Pele dekabrın 29-da uzun sürən xəstəlikdən vəfat edib. /Teleqraf.com/