"Pəncərələri bağlı saxlayın" - Fransada fəlakət

"Pəncərələri bağlı saxlayın" - Fransada fəlakət Dünya

Fransanın cənub-qərbində davam edən meşə yanğınları səbəbindən dörd əyalətdə hava keyfiyyəti təhlükəli səviyyəyə çatıb.

News24.az -ın məlumatına görə, Jironda, Land, Dordogne və Lot-et-Garonne əyalətlərində havada zərərli hissəciklərin miqdarı artıb.

Səlahiyyətlilər sakinlərə maska taxmağı, zəruri olmadıqca evdən çıxmamağı və pəncərələri bağlı saxlamağı tövsiyə ediblər. Hökumət bölgəyə 2,5 milyon maska göndərəcəyini bildirib.

Qeyd edək ki, Fransada ilin əvvəlindən bəri 98 min hektardan çox ərazi meşə yanğınları nəticəsində yanıb. Yanğınlar bəzi bölgələrdə hələ də davam edir.