Pensilvaniyada atışmada 9 nəfər öldü
Dünya
ABŞ-nin Pensilvaniya ştatının Eri şəhərində atışma nəticəsində ikisi uşaq olmaqla, azı doqquz nəfər həlak olub.
News24.az xəbər verir ki, bu barədə "CBS" telekanalı məlumat yayıb.
Şahidlər bir nəfərin silahdan atəş açıb evə girdiyini bildirdikdən sonra polis hadisə yerinə gəlib.
Küçədə iki qadının, evin daxilində isə həlak olan daha bir neçə nəfərin meyiti aşkarlanıb.
Polisin məlumatına görə, şübhəli şəxs də ölü tapılıb.