Pentaqon İrana qarşı müharibədə yaralanan ABŞ hərbçilərinin sayını açıqladı
Dünya
ABŞ və İsrailin İrana qarşı başladığı əməliyyatlar çərçivəsində 415 amerikalı hərbi qulluqçu yaralanıb.
News24.az xəbər verir ki, bu barədə Pentaqonun yaydığı rəsmi məlumatda deyilir.
Qeyd olunub ki, yaralananlar arasında 271 quru qoşunlarının hərbçisi, 63 hərbi dənizçi, 19 dəniz piyadası və 62 hərbi hava qüvvələri əməkdaşı var.
Məlumata görə, xəsarət alanların əksəriyyəti artıq müalicə olunaraq yenidən xidmətə qayıdıb.
ABŞ Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri Den Keynin sözlərinə görə, yaralanmaların böyük hissəsi İranın pilotsuz uçuş aparatlarının hücumları nəticəsində baş verib.
Eyni zamanda, əməliyyatlar zamanı 13 ABŞ hərbçisi həyatını itirib. Onlardan altısı Küveytdə, biri Səudiyyə Ərəbistanında ölüb, digər hərbçilər isə ABŞ-a məxsus yanacaq dolduran təyyarənin qəzaya uğraması nəticəsində həlak olublar. (APA)