Pentaqon rəhbəri xəbərdarlıq etdi: “Tarix təkrarlanır – düşmənlər birləşir”
Dünya
Hazırkı vəziyyət İkinci Dünya müharibəsindən əvvəlki dövrü xatırladır.
News24.az xəbər verir ki, bu sözləri Pentaqon rəhbəri Pit Heqset deyib.
“İndi 1939-cu ildəki kimi bir dövrdəyik. Yaxud 1981-ci ilə bənzər bir mərhələdəyik. Bu, artan təciliyyət dövrüdür: düşmənlər birləşir, təhlükələr artır. Siz bunu hiss edirsiniz, mən də hiss edirəm”, – deyə Heqset bildirib.
Nazir qeyd edib ki, beynəlxalq gərginlik sürətlə artır, ABŞ və müttəfiqləri qarşıdakı illərdə daha ciddi qlobal sınaqlarla üzləşə bilər.