Pentaqon yaxınlığında iki avtobus toqquşdu, azı 23 nəfər xəsarət aldı

Pentaqon yaxınlığında iki avtobus toqquşdu, azı 23 nəfər xəsarət aldı Dünya

ABŞ-nin Virciniya ştatının Arlinqton şəhərində Pentaqon binasının yaxınlığında iki avtobusun iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində azı 23 nəfər xəsarət alıb.

News24.az xəbər verir ki, məlumata görə, xəsarət alanlardan azı 10-u Amerika müdafiə idarəsinin əməkdaşıdır.

Təcili yardım briqadaları 18 nəfəri tibb müəssisələrinə çatdırıb, daha beş nəfər isə lazımi tibbi yardımı birbaşa qəza yerində alıb.

Pentaqonun hüquq-mühafizə orqanları hadisə faktını təsdiqləyib və idarənin yaxınlığında yerləşən nəqliyyat qovşağının və metro stansiyasının tamamilə bağlandığını elan edib. (Report)