Müharibə Nazirliyi – Pentaqonun binasında yeni lövhə
Dünya
Pentaqonun binasında nazirliyin yeni adını əks etdirən lövhə quraşdırılıb. Lövhəni Pentaqon rəhbəri Pit Heqset özü quraşdırıb.
News24.az xəbər verir ki, lövhəyə “Müharibə Nazirliyi” qeyd olunub.
Xatırladaq ki, bu ilin sentyabrında Donald Tramp ABŞ Müdafiə Nazirliyinin yenidən “Müharibə Nazirliyi” adlandırılması barədə sərəncam imzalayıb. Bu ad quruma 1789–1947-ci illər arasında məxsus olub.