Peruda turist təyyarəsi qəzaya uğradı, 13 nəfər öldü

Peruda turist təyyarəsi qəzaya uğradı, 13 nəfər öldü Dünya

Perunun cənubundakı məşhur Nazka xətləri arxeoloji ərazisi üzərində uçan kiçik turist təyyarəsi qəzaya uğrayıb.

News24.az xəbər verir ki, bu barədə Perunun dövlət televiziyası TVPeru məlumat yayıb.

Bildirilib ki, təyyarədə 11 sərnişin və 2 pilot olmaqla ümumilikdə 13 nəfər olub. Qəza nəticəsində onların hamısı həyatını itirib.

Hadisənin səbəbi hələlik açıqlanmayıb.