"Əgər Putinlə görüşmək istəyirsə..." - Peskov

"Əgər Putinlə görüşmək istəyirsə..." - Peskov Dünya

Kremlin sözçüsü Dmitri Peskov Rusiya dövlət başçısı Vladimir Putin və Ukrayna Prezidenti Vladimir Zelenski arasında baş tuta biləcək görüş üçün gərəkən şərti açıqlayıb.

News24.az xəbər verir ki, bu barədə "RİA Novosti" agentliyi məlumat yayıb.

Peskov qeyd edib ki, Zelenski danışıqlar aparmaq məqsədilə Moskvaya səfər edə bilər. Beləcə Kremlin nümayəndəsi Ukrayna liderinin ABŞ-nin Mayami şəhərində keçiriləcək G20 sammiti çərçivəsində Putinlə görüşmək istəyinə dair bəyanatına münasibət bildirib:

"Əgər o, doğrudan da Putinlə görüşmək istəyirsə, Rusiya Prezidenti daha əvvəl də bildirmişdi ki, o, Moskvaya uça bilər".

O, həmçinin əlavə edib ki, Putin sammitə qatılıb-qatılmayacağı barədə hələ yekun qərar qəbul etməyib.