Peyvənd əleyhdarları Nyu-Yorkda hərəkəti iflic etdi - VİDEO

Peyvənd əleyhdarları Nyu-Yorkda hərəkəti iflic etdi - VİDEO Dünya
Nyu-Yorkda yüzlərlə nümayişçi böyük küçələrdə və Bruklin körpüsündə hərəkəti iflic edib.

News24.az xəbər verir ki, peyvənd əleyhdarları bələdiyyə orqanlarından covid sertifikatlarından və məcburi peyvəndlərdən imtina etmələrini tələb ediblər.

Etirazçılar özləri ilə birlikdə Amerika bayraqları və "Bədən mənimdir - Seçim mənimdir" şüarı olan plakatlar gətiriblər.

Təxminən minə yaxın etirazçı da Manhettenin iş mərkəzindəki meydanı bağlayıb.

Genişmiqyaslı aksiyalar bir neçə saat davam edib, polislə toqquşma olmayıb.