Pezeşkian çıxışı etdi, Hindistan rəsmisi çərəz yedi - Video

Pezeşkian çıxışı etdi, Hindistan rəsmisi çərəz yedi - Video Dünya

BRİKS Sammitində İran Prezidenti Məsud Pezeşkianın çıxışı zamanı maraqlı görüntülər lentə alınıb.

News24.az xəbər verir ki, Pezeşkian çıxış etdiyi vaxt Hindistan Xarici İşlər Nazirliyinin sözçüsü Randhir Caysvalın çərəz yeməsi diqqət çəkib.

Görüntülərdə Caysvalın bir neçə dəfə qarşısındakı qabdan çərəz götürdüyü əks olunub.

Bir müddət sonra isə onun qarşısındakı qabı götürüblər.

Görüntülər sosial şəbəkələrdə maraqla qarşılanıb.