Pezeşkian Xameneinin səhhətindən danışdı
Dünya
İranın Ali Rəhbəri Ayətullah Seyid Müctəba Xamenei tam sağlam idi.
News24.az xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian siyasi fəallarla görüşündə İranın Ali Rəhbəri ilə keçirdiyi 7 saatlıq görüşdən danışarkən bildirib.
Pezeşkian deyib ki, Ali Rəhbərin sağlamlıq vəziyyəti tam qaydasında olub.
“7-8 saat oturub müzakirə apara bilən bir şəxsin sağlamlıq baxımından problemi ola bilməz. O, bizim sözlərimizi çox rahatlıqla dinləyirdi, müzakirə aparırdı və öz fikirlərini də bildirirdi”, – İran Prezidenti qeyd edib.
Pezeşkian görüşün çox yaxşı keçdiyini deyib. O əlavə edib ki, həmin toplantıda bütün problemlər və narahatlıqlar səsləndirilib. (APA)