Pilota balta ilə hücum edibmiş – DETALLAR AÇIQLANDI
Dünya
“Flydubai” təyyarəsinin ikinci pilotu uçuş zamanı kapitana balta ilə hücum edib və təyyarənin idarəsini ələ keçirməyə çalışıb.
News24.az xəbər verir ki, bunu BƏƏ-nin baş prokuroru Həməd Saif əl-Şəmsi açıqlayıb.
Məlumata görə, hadisə sentyabrın 30-da Dubaydan Təl-Əvivə uçan “Flydubai” təyyarəsində baş verib. Hadisə zamanı təyyarə Səudiyyə Ərəbistanının Təbuk şəhərinə təcili eniş edib.
BƏƏ Baş Prokurorluğu ikinci pilotun terror aktı törətməyi planlaşdırdığını bildirib. Hadisənin səbəbləri və motivləri ilə bağlı araşdırma davam edir.
Hadisə zamanı kapitan yaralanıb, sərnişinlər və ekipaj üzvləri ikinci pilotu zərərsizləşdirərək təyyarənin təhlükəsiz enişinə kömək ediblər.