Pilotun bu sözlərindən sonra təyyarə partladı - Detallar
Dünya
Ankarada Liviya hərbi nümayəndə heyətini daşıyan Falcon-50 tipli şəxsi təyyarənin qəzaya uğraması ilə bağlı pilot və idarəetmə qülləsi arasındakı son təcili əlaqələrin detalları açıqlanıb.
News24.az xəbər verir ki, Malta qeydiyyatlı, “9H-DFS” bort nömrəli təyyarə ötən axşam saat 20:17-də Ankara Esenboğa Hava Limanından Tripoli istiqamətinə uçub.
Uçuşdan 14 dəqiqə sonra pilot ciddi texniki nasazlıq səbəbindən qüllə ilə əlaqə saxlayaraq “PAN-PAN” təcili çağırışı edib və daha sonra 7700 fövqəladə kodunu aktivləşdirib. Təyyarəni yenidən Esenboğa hava limanına yönləndirməyə çalışsa da, saat 20:38-də təyyarə ilə əlaqə tamamilə kəsilib. Pilotun son sözlərinin “nasazlıq çox ciddidir” olduğu bildirilir.
Təyyarə Haymana bölgəsində qəzaya uğrayaraq partlayıb. Hadisə ilə bağlı istintaq davam edir.