Pişikləri tutub ayinlərdə qurban kəsirlərmiş...

Pişikləri tutub ayinlərdə qurban kəsirlərmiş... Dünya

taliyada heyvan hüquqları müdafiəçiləri pişiklərin kütləvi şəkildə yoxa çıxması ilə bağlı həyəcan siqnalı qaldırıblar və bunu Hellouin bayramı ərəfəsində keçirilən ayinlərlə bağlayıblar.

News24.az xəbər verir ki, Heyvanların Mühafizəsi üzrə Milli Təşkilatın (ENPA) bölmə rəhbəri Mariya Roza İnkandela itkin düşmələrin hər il baş verdiyini və bayramdan əvvəl ritual qurbanvermə xarakteri daşıdığını bildirib.

Aktivist qeyd edib ki, pişikləri tutan şəxslərə bu iş üçün xüsusi pul ödənilə bilər. O, pandemiyadan əvvəl Çitta-di-Kastello bölgəsində yandırılmış pişik qalıqlarına əsasən, gizli bir sektanın aşkar edildiyi hadisəni xatırladıb. Hazırda isə tündrəngli avtomobildə gəzən bir kişi və qadının pişikləri tutaraq maşına qapadığı iddia olunur.

“Keçən illərdə ağ, sonra qara pişikləri ovlayırdılar, indi isə zolaqlı pişikləri də hədəf alıblar. Ümumilikdə 20-yə yaxın heyvan yoxa çıxıb. Ən böyük təhlükə ev pişikləridir, çünki onlar meşə və küçə pişiklərinə nəzərən daha mehribandır və insanlara asanlıqla yaxınlaşırlar”, – deyə İnkandela xəbərdarlıq edib.

Qeyd edək ki, bundan əvvəl Vyetnamda 2700-ə yaxın pişiyin ət üçün qanunsuz olaraq dəstə tərəfindən oğurlandığı məlum olmuşdu