Planetimiz təhlükə ilə üz-üzə - Tarix açıqlandı

Planetimiz təhlükə ilə üz-üzə - Tarix açıqlandı Dünya

“ 2024 YR4” asteroidi Yer kürəsi üçün ən təhlükəli asteroid hesab olunur.

News24.az xəbər verir ki, bunu Perm Milli Tədqiqat Politexnik Universitetinin astronomiya üzrə eksperti Yevgeni Burmistrov deyib.

Onun sözlərinə görə, asteroid Yer atmosferinə 22 dekabr 2032-ci ildə daxil ola bilər.

"Belə bir cismin Yerə düşməsi zərbə nöqtəsindən 30 kilometr radiusda ciddi dağıntılara səbəb ola bilər. Bu, böyük bir şəhərin miqyası ilə müqayisə oluna bilər", – deyə ekspert bildirib.

O əlavə edib ki, “2024 YR4” asteroidinin Yerlə toqquşma ehtimalı təxminən 0,0017 faizdir. Bununla belə, asteroid 2028-ci ildə Yerə yaxınlaşdıqda astronomlar onun uçuş trayektoriyasını daha dəqiq müəyyənləşdirməyə çalışacaqlar.

Burmistrov qeyd edib ki, bəşəriyyət artıq asteroidlərin orbitini dəyişdirməyi bacarır.

"Bir neçə il əvvəl kosmik aparat Dimorf asteroidinə çırpıldı, nəticədə onun dövretmə müddəti təxminən yarım saat qısaldı və hərəkət istiqaməti minlərlə kilometr dəyişdi", – deyə ekspert vurğulayıb.

Onun fikrincə, bu cür müdaxilə təhlükəli səma cisminin Yerə dəyməsinin qarşısını almaq üçün kifayət edə bilər. /TASS/