Polis müğənnini cinayətkarla səhv saldı, güllələmək istədi

Polis müğənnini cinayətkarla səhv saldı, güllələmək istədi Dünya

Rusiyalı müğənni Eqor Krid ABŞ-yə səfəri zamanı hüquq-mühafizə orqanları ilə problem yaşadığını açıqlayıb.

News24.az xəbər verir ki, hadisə iyul ayında Los-Ancelesdə baş verib. Altı polis əməkdaşı onu və dostunu axtarışda olan silahlı cinayətkarlarla səhv salıb.

Polis əməkdaşları onlara silah tuşlayaraq qandallayıblar.

Kridin bildirdiyinə görə, polislərdən biri tələblərə tabe olmayacaqları təqdirdə onlara atəş açmağa hazır olduğunu deyib.