Politico: Tramp sammitlərdə zəif mövqedə olacaq

Politico: Tramp sammitlərdə zəif mövqedə olacaq Dünya

ABŞ Prezidenti Donald Tramp aralıq konqres seçkilərindən sonra ASEAN və APEC sammitlərində əvvəlki nüfuzunu qorumaqda çətinlik çəkə bilər.

News24.az xəbər verir ki, “Politico” nəşri bir neçə Asiya diplomatına istinadən belə yazıb.

Nəşrin məlumatına görə, Tramp sammitlərdə ABŞ-nin yüksək gömrük rüsumları və ticarət siyasətindən zərər çəkmiş ölkələrin nümayəndələri ilə görüşəcək. Mənbələr bildirirlər ki, Asiya liderləri ABŞ prezidentinə ehtiyatla yanaşsalar da, əvvəlki ilə müqayisədə onun mövqeyindən daha az çəkinəcəklər.

“Politico” hesab edir ki, xarici liderlər Trampı artıq qlobal siyasətdə əvvəlki kimi təsirli deyil, mövqeləri zəifləyən siyasətçi kimi qəbul edə bilərlər.