Polşa Ukraynaya yeni hərbi yardım paketi hazırlayır
Dünya
Polşa Ukraynaya növbəti hərbi yardım paketini hazırlayır. Söhbət Kiyevə göndərilməsi planlaşdırılan 50-ci hərbi yardım paketindən gedir.
News24.az xəbər verir ki, bu barədə Ukraynanın Polşadakı səfiri Vasil Bodnar "European Pravda" nəşrinə müsahibəsində məlumat verib.
Diplomat bildirib ki, Ukraynaya hərbi yardımın çatdırılması fasiləsiz davam edir və hazırda növbəti – 50-ci yardım paketi hazırlanır.
Bodnarın sözlərinə görə, Varşava ilə Kiyev arasında müəyyən siyasi fikir ayrılıqlarının olmasına baxmayaraq, bu, hərbi əməkdaşlığa təsir göstərməyib. O qeyd edib ki, Polşa Ukraynaya dəstəyini davam etdirir.
Səfir əlavə edib ki, Polşa PURL və "Könüllülər Koalisiyası"nın üzvüdür. Onun sözlərinə görə, cəbhəyə göndərilən sursatların dəyəri Ukrayna tərəfindən ödənilir.