Polşada dəmiryol xəttində diversiya cəhdini onlar edibmiş – Tusk açıqladı
Dünya
Polşanın Baş naziri Donald Tusk bildirib ki, ölkədə dəmir yolunda baş verən diversiyanı iki Ukrayna vətəndaşı həyata keçirib.
News24.az xəbər verir ki, onun sözlərinə görə, həmin şəxslər diversiyadan sonra Belarus ərazisinə qaça biliblər və əvvəllər də Polşaya Belarus vasitəsilə daxil olublar.
“Təyin olunan şəxslər – uzun müddətdir Rusiya xüsusi xidmət orqanlarının maraqlarına uyğun fəaliyyət göstərən iki Ukrayna vətəndaşıdır”, – Tusk əlavə edib.