Polşada təyyarə qəzası: ölənlər var

Polşada təyyarə qəzası: ölənlər var Dünya

Polşanın paytaxtı Varşavada kiçik təyyarənin qəzaya uğraması nəticəsində 2 nəfər həyatını itirib.

News24.az-ın məlumatına görə, hadisə Bemovo rayonundakı hava limanına eniş zamanı baş verib. Təyyarə yerə çırpıldıqdan sonra alovlanıb.

Qəza nəticəsində təyyarədə olan 2 nəfər ölüb, ərazidə olan daha 2 nəfər isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

İlkin məlumata əsasən, təyyarə uçuş zolağından çıxaraq binaya çırpılıb və tamamilə yanıb.