“Porsche” ailəsi sərvətini sürətlə itirir

“Porsche” ailəsi sərvətini sürətlə itirir Dünya

“Porsche” ailəsinin sərvəti bir il ərzində 3,1 milyard avro azalıb.

News24.az xəbər verir ki, “Manager Magazin”in məlumatına görə, ailənin ümumi sərvəti hazırda 12,4 milyard avrodur.

Sərvətin azalmasına əsas səbəb “Porsche” və “Volkswagen” şirkətlərinin dəyərinin aşağı düşməsidir.

“Porsche AG”nin avtomobil satışları da azalıb. Şirkət ilin ilk altı ayında 122 300 avtomobil satıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16 faiz azdır.

Çində satışlar daha çox azalaraq 32 faiz geriləyib.

“Porsche” ailəsinin sərvətinin əsasını avtomobil sənayesindəki payları təşkil edir. Ailə hazırda Almaniyanın ən varlıları siyahısında 17-ci yerdədir.