Priqojinin ölümü ilə bağlı şok detal: - Fransızlarla amerikalılar…

Priqojinin ölümü ilə bağlı şok detal: - Fransızlarla amerikalılar… Dünya

Vaqner PMC-nin keçmiş döyüşçüsü iş adamı Yevgeni Priqojinin ölümünün yeni versiyası ortaya çıxıb.

News24.az Medianews.az-a istinadla xəbər verir ki, bu barədə keçmiş Vaqnerist danışıb.

“Mənim tanışlarım Vaqneritlər istisna etmirlər ki, bizim ofisin rəhbərliyi fransızlar və amerikalılar tərəfindən uzaqlaşdırılıb”, – o bildirib.

Onun fikrincə, Priqojinin təyyarəsi havada partlaya bilərdi, çünki onu NATO ölkələrindən birinin kəşfiyyat xidmətləri minalaya bilərdi. O qeyd edib ki, Vaqner Afrika qitəsində fransızları və amerikalıları bezdirib.

O hesab edir ki, Priqojin qaynar nöqtələrdə işləməklə “çox insanın yolunu keçib”.

Xatırladaq ki, bu gün Yevgeni Priqojinin vəfatından bir il keçir.