Psixoterapevt Kaşpirovski vəfat etdi
Dünya
Sovet və rusiyalı psixoterapevt, teleaparıcı Anatoli Kaşpirovski 87 yaşında vəfat edib.
News24.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Onun ölüm səbəbi barədə məlumat verilmir.
Daha əvvəl mediada onun xəstəxanaya yerləşdirildiyi bildirilmişdi.
Kaşpirovski 1980-ci illərin sonlarında "Həkim-psixoterapevt Anatoli Kaşpirovski ilə sağlamlıq seansları" televiziya verilişləri sayəsində şöhrət qazanıb. O, Mərkəzi Televiziyanın efirində kütləvi psixoterapiya və hipnoz seansları keçirir, ekran vasitəsilə tamaşaçıların vəziyyətinə təsir göstərməyin mümkün olduğunu bildirirdi.
O, Vinnitsa Tibb İnstitutunu bitirib, psixiatriya xəstəxanasında psixoterapevt işləyib, daha sonra isə ağır atletika üzrə SSRİ yığmasının həkim-psixoterapevti olub. 1993-cü ildə Kaşpirovski birinci çağırış Dövlət Dumasının deputatı seçilib.