"Pulumuz yoxdur, hər şey məhv oldu" - Pezeşkian

"Pulumuz yoxdur, hər şey məhv oldu" - Pezeşkian Dünya

Ötən gün İran prezidenti Məsud Pezeşkian ölkə iqtisadiyyatının ağır vəziyyətdə olduğunu bildirib.

News24.az xəbər verir ki, İran iqtisadiyyatına vurulan zərərdən danışan Pezeşkian ölkənin maliyyə imkanları və xarici valyuta ehtiyatlarının məhdudlaşdığını, gəlirlərin azaldığını və dolların məzənnəsinin daha da yüksələ biləcəyini deyib.

“Bizim pulumuz, gəlirimiz yoxdur. Müharibə zamanı zərbə aldıq və hər şey məhv oldu”, - deyə Pezeşkian vurğulayıb.

Prezident sanksiyaların davam etməsinin qiymət artımlarını sürətləndirə biləcəyini bildirib.

Onun sözlərinə görə, idxal və ixrac kəskin şəkildə azalıb və ölkənin gəlirləri ilə xərcləri arasında uyğunsuzluq yaranıb.