Putin fərman imzaladı - Rusiya seçkilərə gedir
Dünya
Rusiya Prezidenti Vladimir Putin sentyabrın 20-də Dövlət Dumasına deputat seçkilərinin təyin edilməsi haqqında fərman imzalayıb.
News24.az xəbər verir ki, müvafiq sənəd hüquqi aktların rəsmi dərc portalında yerləşdirilib.
“Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının yeni çağırış deputatlarının seçkiləri 20 sentyabr 2026-cı il tarixinə təyin edilsin”, - deyə sənəddə qeyd edilib.
Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova isə iyunun 16-dan etibarən Dövlət Dumasına seçkilərə hazırlıq prosesinin başladığını elan edib.
Seçkilərdə ümumilikdə 450 deputat seçiləcək.
225 deputat birmandatlı seçki dairələri üzrə, 225 deputat isə federal seçki dairəsi üzrə partiya siyahıları əsasında müəyyən ediləcək.