Putin: “Rusiyaya təhlükə yaransa, bütün vasitələrdən istifadə edəcəyik”

Putin: “Rusiyaya təhlükə yaransa, bütün vasitələrdən istifadə edəcəyik” Dünya
“Ölkənin mövcudluğuna təhlükə yaranarsa, Rusiya bütün güc və vasitələrdən istifadə edəcək”.

News24.az-ın məlumatına görə, bunu Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburqda keçirilən beynəlxalq iqtisadi forumda deyib.

Onun sözlərinə görə, Rusiyanın NATO ölkələrindən daha çox nüvə silahı var: “Qərb Rusiya ilə danışıq aparmaq istəmirdi, amma onlar istəyəcəklər, biz isə duruma baxacağıq. Rusiyanın NATO ölkələrindən daha çox nüvə silahı var və onlar bizdən onun sayını azaltmağımızı istəyirlər”.