Putindən terrorda zərərçəkənlərə dəstək

Putindən terrorda zərərçəkənlərə dəstək Dünya

Rusiya Prezidenti Vladimir Putinin “Crocus City Hall”da baş vermiş terror aktının nəticələrinə dair keçirəcəyi görüşdə əsas mövzulardan biri zərərçəkənlərə dəstək məsələsi olacaq.

News24.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.

“Görüşə məhz bu məqsədlə çağırılır və əsasən bu mövzu müzakirə olunacaq”, - Kreml nümayəndəsi deyib.

Peskov vurğulayıb ki, Putin hələlik “Crocus City Hall”da faciə baş vermiş yerə getməyi planlaşdırmır.