Ermənistanda itirdiyimizi Azərbaycan vasitəsilə əldə edəcəyik” - Putinin xüsusi nümayəndəsi
Dünya
Rusiya ilə iqtisadi əlaqələrin kəsilməsi Ermənistan üçün ciddi iqtisadi çətinliklər yarada bilər.
News24.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin xüsusi nümayəndəsi Boris Titov açıqlama verib.
Onun sözlərinə görə, belə bir ssenarinin nəticələri ilk növbədə Ermənistan iqtisadiyyatına təsir göstərəcək və bu təsirlər həm enerji, həm də ərzaq bazarında hiss oluna bilər.
Titov qeyd edib ki, Ermənistan üçün enerji daşıyıcılarının qiymətləri Avropa səviyyəsinə yaxınlaşa, daxili bazarda isə ərzaq məhsullarının qiymətləri arta bilər.
“Biz Ermənistanda itirdiyimizi, əlbəttə ki, Azərbaycan vasitəsilə əldə edəcəyik”, – deyə Titov vurğulayıb.
Xatırladaq ki, Rusiya son dövrlərdə Ermənistandan bəzi meyvə və tərəvəzlərin idxalına məhdudiyyətlər tətbiq edib. Məhdudiyyətlər həmçinin Ermənistan istehsalı olan güllərə, “Jermuk” mineral suyuna, şərab və konyak məhsullarına da şamil olunub.
May ayının sonunda "Rosselxoznadzor" bəyan edib ki, Ermənistanın kənd təsərrüfatı məhsulları son vaxtlar Rusiya və Avrasiya İqtisadi İttifaqı tərəfindən müəyyən edilmiş tələblərə cavab vermir.