"Putinlə danışacağıq, taxıl dəhlizini yenidən..." - Ərdoğan

"Putinlə danışacağıq, taxıl dəhlizini yenidən..." - Ərdoğan Dünya

"Taxıl dəhlizi mexanizmi daha ədalətli dünyaya atılan doğru və müsbət addım idi. Biz taxıl dəhlizini yenidən işə salmalı, ehtiyacı olan Afrika ölkələrinin bundan öz payını almasını təmin etməliyik

News24.az  xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Rusiya Prezidenti Vladimir Putinlə taxıl dəhlizini müzakirə edəcəyik.

Rusiya, Qətər və Türkiyə olaraq üçlü həmrəylik yaratdıq. Qətər bu dəhlizdən gələn taxılı maddi cəhətdən dəstəkləyəcək, biz isə fabriklərimizi işlətməklə onu una çevirərək, Afrika ölkələrinə göndərəcəkdik”.

Ölkə başçısının sözlərinə görə, bu yaxınlarda Vladimir Putinlə görüş olacaq: “Taxıl dəhlizinin işləməsi üçün əlimizdən gələni edəcəyik. İnşallah ondan müsbət cavablar alaraq yolumuza davam edəcəyik".

Ayşən