Putinlə Si Cinpin arasındakı danışıqlar başa çatdı

Putinlə Si Cinpin arasındakı danışıqlar başa çatdı Dünya

Rusiya və Çin liderləri Vladimir Putinlə Si Cinpin arasında danışıqlar başa çatıb.

News24.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Görüş Çilinyuan villasındakı “Çilin Şançjuan” dövlət iqamətgahında keçirilib.

Yerli vaxtla saat 12:00 radələrində başlayan görüşdə hər iki ölkənin geniş tərkibli nümayəndə heyətləri iqtisadi əməkdaşlığın gələcək perspektivlərini müzakirə ediblər.

Daha sonra danışıqlar dar tərkibdə işgüzar səhər yeməyi formatında davam edib.

Görüşdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov və prezidentin köməkçisi Yuri Uşakov da iştirak ediblər. Danışıqlar iki saatdan çox davam edib.

Qeyd edək ki, Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının sammiti noyabrın 18-19-da Şençjendə keçirilir. Putin və Si Cinpin bu il artıq beşinci dəfə görüşüblər.

Bu, onların dördüncü üzbəüz görüşüdür. İlin əvvəlində videokonfrans keçirən liderlər may ayında Pekində, daha sonra isə Qırğızıstanda ŞƏT və Hindistanda BRİKS sammitləri çərçivəsində bir araya gəliblər.