Putinlə Uitkoff arasında görüş başladı
Dünya
Rusiya Prezidenti Vladimir Putin ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Cerad Kuşnerlə Kremldəki görüşü başlayıb.
News24.az xəbər verir ki, bu barədə “İzvestiya” nəşri məlumat yayıb.
Xatırladaq ki, Uitkoff və ABŞ Prezidentinin kürəkəni Cared Kuşner dekabrın 2-də Moskvaya gəlib. Onların Rusiya lideri Vladimir Putinlə görüşü günün ikinci yarısına təyin edilib.
Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya sülh danışıqlarına açıqdır, lakin “xüsusi hərbi əməliyyat” çərçivəsində müəyyən olunan hədəflərin yerinə yetirilməsi əsas şərt olaraq qalır:
“Prezident Putin Uitkoffla Vaşinqton və Kiyev arasında aparılan danışıqlarda yeni sülh planı üzrə əldə olunan ilkin anlaşmaları müzakirə edəcək”.