Qadın müəllim 17 yaşlı şagirdə çılpaq fotolarını yolladı - FOTO

Qadın müəllim 17 yaşlı şagirdə çılpaq fotolarını yolladı - FOTO Dünya

ABŞ-nin İllinoys ştatında 27 yaşlı bədən tərbiyəsi müəllimi 17 yaşlı şagirdə açıq-saçıq fotolar göndərib.

News24.az xəbər verir ki, bu barədə “Daily Star” məlumat yayıb.

Məlumata görə, Kristina Peyton yetkinlik yaşına çatmayan şəxsi yoldan çıxarmaqda şübhəli bilinir.

News24.az-ın yeni instagram səhifəsini izləyin.

Polisin məlumatına görə, müəllim ən azı dörd dəfə 17 yaşlı şagirdə nalayiq məzmunlu fotolarını göndərib. Müəllim hələlik sərbəst buraxılıb və ona uşaqlar üçün zərərli materialların yayılması ittihamı irəli sürülüb.

Ona ehtimal olunan zərərçəkənlə və digər yetkinlik yaşına çatmayan şəxslərlə əlaqə saxlamaq, ştatın hüdudlarından kənara çıxmaq qadağan edilib. O, həmçinin mütəmadi olaraq hüquq-mühafizə orqanlarında qeydiyyatdan keçməlidir.

Qadın müəllim 17 yaşlı şagirdə çılpaq fotolarını yolladı - FOTO