Qadın uşaq parkında ağladığına görə cərimələndi
Dünya
31 yaşlı Gelzenkirxen sakini uşaq parkında ağladığına görə cərimələnib.
News24.az xəbər verir ki, alman qadın maliyyə və akademik problemləri üzündən gəzintiyə çıxıb. Parkda o ağlayıb, skamyada oturub və xalasına zəng edib.
Söhbət əsnasında üç şəhər polisi ona yaxınlaşıb və cərimə yazıb.
Məlum olub ki, yerli qanunlar böyüklərin uşaqsız oyun meydançalarında olmasını qadağan edir. Hətta kiminsə çətin həyat şəraiti də istisna deyil.
Gelzenkirxen administrasiyası polisin hərəkətlərini qanuni və pozuntuya mütənasib adlandırıb. Qadın cəriməni ödəyib.