Qadını oğurlayıb başına oyun açan qardaşlar həbs olundu - Bu ölkədə
Dünya
Məhkəmə çoxuşaqlı anaya qarşı cinsi zorakılıqda ittiham olunan iki qardaşa hökm oxuyub.
News24.az xəbər verir ki, hadisə Hindistanın Uttar-Pradeş ştatında baş verib.
Zərərçəkmiş qadın ərzaq talonları almaq üçün yerli quruma gedib. Bu zaman kişilər qadını tutaraq özləri ilə aparıblar.
Qardaşlar qadını üç ay ərzində evlərində məcburi saxlayaraq ona təcavüz ediblər.
Hadisəni törədən şəxslərin ailə üzvləri toya gedib və qadın evdə tək qalıb.
O, qonşudan hadisə ilə bağlı ailəsinə xəbər verməyini istəyib.
Hadisədən xəbər tutan qadının valideynləri polisə müraciət ediblər. Bundan sonra hüquq-mühafizə orqanları qadını azad edib. Qardaşlar və onların anası həbs olunub.
Məhkəmə qardaşları qrup halında təcavüz və adam oğurluğuna görə 20 il müddətinə azadlıqdan məhrum edib.
Bundan əlavə, nikaha məcbur etmək məqsədilə adam oğurluğuna görə əsas cəzaya daha 5 il əlavə edilib.
Qardaşların anası isə 4 il həbs cəzasına məhkum olunub.