Çarpayısının altında yad kişi gördü – polis çağırdı
Dünya
ABŞ-nin Florida ştatında Riçel Kalver adlı şəxs otel otağında gecələyən cütlüyün çarpayısının altında gizləndiyi üçün saxlanılıb.
News24.az xəbər verir ki, hadisə sentyabrın 9-da baş verib. Kişi və qadın otel otağına daxil olduqdan bir müddət sonra yatıblar.
Qadının sözlərinə görə, səhər saat 04:00 radələrində çarpayının yanında hərəkət hiss edib, lakin yenidən yuxuya gedib. Saat 06:30 radələrində isə çarpayının altında nəyinsə hərəkət etdiyini hiss etsə də, buna əhəmiyyət verməyib.
Saat 07:45-də qadın çarpayının altına baxaraq orada tanımadığı kişinin gizləndiyini görüb. Cütlük dərhal otaqdan çıxaraq otelin mühafizəçisinə müraciət edib.