Qahirədə atəşkəs danışıqları
Dünya
Amerika və İsrail nümayəndə heyətləri atəşkəs danışıqlarının yeni mərhələsi üçün Misirin paytaxtı Qahirəyə gedib.
News24.az xəbər verir ki, Mossad direktoru və İsrailin daxili kəşfiyyat agentliyinin rəhbəri Şin-Bet də daxil olmaqla nümayəndə heyəti Filadefi dəhlizi və Rəfah Sərhəd Qapısı ilə bağlı danışıqlar aparmaq üçün Misirə gedib.
Əsir mübadiləsi danışıqlarından əvvəl İsrailin baş naziri Benyamin Netanyahu Filadelfi dəhlizindəki İsrail ordusunun bölgədə qalacağını şərtləndirmişdi. Məlumdur ki, Misirin münasibəti fərqlidir.
Günel Məlikzadə