Cadugərin proqnozu səhv çıxdı- Ronaldonun komandası uduzdu
Dünya
Qanalı cadugər Nana Kvaku Bonsamın Portuqaliya ilə bağlı proqnozu doğru çıxmadı.
News24.az xəbər verir ki, Bonsam futbol üzrə dünya çempionatının 1/8 mərhələsində Portuqaliya millisinin İspaniya üzərində qələbə qazanacağını və yarımfinala yüksələcəyini demişdi.
O, açıqlamasında Portuqaliyanın oyuna nəzarət edəcəyini və növbəti mərhələyə vəsiqə qazanacağını iddia etmişdi.
Onun bu proqnozu sosial şəbəkələrdə və xarici mətbuatda geniş müzakirə olunmuşdu.
Lakin kahinin proqnozu pzqnü doğrultması.
İspaniya millisi Portuqaliyanı məğlub edərək 1/4 final mərhələsinə yüksəldi.
Qeyd edək ki, Nana Kvaku Bonsam daha əvvəl də müxtəlif futbol turnirləri və dünya çempionatının oyunları ilə bağlı proqnozları ilə gündəmə gəlib.
Onun bəzi iddiaları doğru çıxsa da, Portuqaliya–İspaniya qarşılaşması ilə bağlı son proqnozu səhv olub.