Qanlı etirazlardan sonra Davos İrandan imtina etdi
Dünya
Bu gün Dünya İqtisadi Forumu İranını xarici işlər naziri Abbas Əraqçının bu həftə Davosda keçiriləcək iclaslarda iştirak etməyəcəyini açıqlayıb.
News24.az xəbər verir ki, forumun rəsmi bəyanatında “İslam Respublikasının xarici işlər naziri Davosda foruma qatılmayacaq”, - deyə qeyd edilib.
Bəyanatda vurğulanıb ki, Əraqçı əvvəlcədən foruma dəvət olunsa da, son həftələr ərzində İranda mülki şəxslərin faciəvi şəkildə öldürülməsi fonunda İran hakimiyyətinin bu il Davosda nümayəndə ilə təmsil olunması uyğun hesab edilməyib.
Qeyd olunub ki, bu qərar İslam Respublikasına qarşı beynəlxalq səviyyədə artan tənqidlərlə üst-üstə düşür.
Xatırladaq ki, Münhen Təhlükəsizlik Konfransı da daha əvvəl Abbas Əraqçıya ünvanlanan dəvəti ləğv etmişdi. (Independent Persian)