Qara dənizdə gəmi batdı
Dünya
Bolqarıstan sahillərində pilotsuz uçuş aparatlarının hücumuna məruz qalan iki kommersiya gəmisindən biri batıb.
News24.az xəbər verir ki, hadisə Sent-Atanasiy burnu və Byala şəhərinin şərqindəki sularda baş verib.
Məlumata görə, hücum zamanı Toqo bayrağı altında üzən “ALFA WATAN” və Palau bayrağı altında üzən “ABLE” gəmiləri hədəfə alınıb.
Hücum nəticəsində ciddi zərər görən “ALFA WATAN” daha sonra batıb. Gəminin heyətinin taleyi barədə məlumat yoxdur və axtarış-xilasetmə işləri aparılır.
Digər gəmi “ABLE”də isə yanğın baş verib. Gəmidəki 18 dənizçi gəmini tərk edib və hadisə yerinə göndərilən sərnişin gəmisi tərəfindən xilas olunub.
Xilas edilən dənizçilərdən bir neçəsinin yaralandığı bildirilir.
Bolqarıstanın Baş naziri Rumen Radev hadisə ilə bağlı aidiyyəti qurumların nümayəndələri ilə görüş keçirəcək.