Qatar relsdən çıxdı: Ölən və yaralananlar var - Pakistanda
Dünya
Pakistanın Multan şəhəri yaxınlığında sərnişin qatarının relsdən çıxması nəticəsində azı 4 nəfər ölüb, 30-dan çox insan xəsarət alıb.
News24.az xəbər verir ki, hadisə zamanı qatar saatda 100 kilometr sürətlə gedib və onun içərisində təxminən 500 sərnişin olub.
Xəsarət alanlara tibbi yardım göstərilib.