Qatarla betonqarışdıran maşın toqqoşdu: Ölən və yaralananlar var - Bu ölkədə
Dünya
Polşada Lublin–Şetsin marşrutu üzrə hərəkət edən sərnişin qatarı betonqarışdıran maşınla toqquşub.
News24.az xəbər verir ki, qəza zamanı 1 nəfər isə ölüb, ondan çox insan xəsarət alıb. Onlardan 4-nün vəziyyətinin ağır olduğu bildirilir.
Hadisədə betonqarışdıran maşının sürücüsü də yaralanıb və helikopterlə tibb müəssisəsinə çatdırılıb.
Hazırda hadisə yerində təcili xidmət əməkdaşlarıı çalışır. Qəzanın başvermə şəraiti araşdırılır.